Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının katibliklərində çalışan hüquqşünaslar üçün təlim seminar keçirməyi planlaşdırır
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının katibliklərində çalışan hüquqşünaslar üçün təlim seminar keçirməyi planlaşdırır. Təlim-seminarda seçki komissiyalarının fəaliyyətinin hüquqi əsasları, seçki komissiyalarının iclaslarında baxılan məsələlərin hazırlanması, qəbul edilmiş qərarların qanunauyğunluğunun təminatı, şikayət və müraciətlərə baxılması ilə bağlı beynəlxalq təcrübə və Azərbaycan Respublikasının Dövlət qulluğu haqqında qanunun tələbləri mövzusunda çıxış və müzakirələr nəzərdə tutulur. Məruzəçi qismində həmçinin Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təmsilçiləri də iştirak edəcək.
Təlim-seminar 30 may 2008-ci ildə saat 11.00-da Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclas zalında keçiriləcək. Tədbirdə arzu edən xarici və beynəlxalq qurumların nümayəndələri də iştirak edə bilər. İştirakçıların qeydiyyatı saat 10.30-da başlayacaq.