Avropa Şurası Venesiya Komissiyası, Avropa Şurasının İnsan Hüquqları üzrə Baş İdarəsinin və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin iştirakı ilə 8-10 sentyabr 2003-cü ildə Bakıda (Azərbaycan) seçkilərə dair birgə seminar-treyninqlər keçirir
09 sentyabr 2003 09:40
Avropa Şurası Venesiya Komissiyası, Avropa Şurasının İnsan Hüquqları üzrə Baş İdarəsinin və Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Avropa Şurası Baş Katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin iştirakı ilə 8-10 sentyabr 2003-cü ildə Bakıda (Azərbaycan) seçkilərə dair birgə seminar-treyninqlər keçirir.
Seminar-treyninq Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyalarının üzvləri, məhkəmə hakimləri, QHT-lər, siyasi partiyaların nümayəndələri, seçki müşahidəçiləri və KİV nümayəndələri üçün nəzərdə tutulub.
Seminar-treyninqdə iştirak edəcək Avropa Şurası ekspertləri aşağıdakılardır:
cənab Bernard Oven – Müqayisəli Seçki Təlim Mərkəzinin baş katibi (Fransa), cənab Didier Vinolas – Fransa Daxili İşlər Nazirliyinin nümayəndəsi, cənab Riçard Baret – İrlandiya Hüquq şöbəsinin rəsmisi, cənab G.Buenger – Skopyedə itkin şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndəsi, cənab Xristoforos Xristoforou – Media və siyasi məsələlər üzrə analitik, Radio və Televiziya orqanının keçmiş direktoru (Kipr), cənab Aşok Aşir – siyasi məsələlər üzrə baş redaktor, BBC Uels və xanım Tereza Romer.
Səsvermə və səslərin sayılması üzrə praktiki məşğələlər keçirilməsi və onların videoçəkilişi nəzərdə tutulur.