Dairə seçki komissiyaları üzvləri üçün seminar

21 avqust 2003 18:14
Dairə seçki komissiyaları üzvləri üçün seminar 

Azərbaycan Respublikası prezidentinin seçkilərinə hazırlıqla əlaqədar dairə seçki komissiyalarının üzvləri üçün zona seminar-müşavirələrinin keçirilməsi davam edir. Avqustun 21-də Şəhriyar adına Mədəniyyət mərkəzində Bakı şəhərində yerləşən 29 seçki dairəsinin və 120 saylı Cəbrayıl-Qubadlı, 124 saylı Şuşa–Fizuli–Xocalı-Xocavənd, 125 saylı Zəngilan-Qubadlı seçki dairələri dairə seçki komissiyalarının üzvləri üçün seminar keçirilmişdir.

Seminarı Mərkəzi Seçki Komissiysının sədri Məzahir Pənahov açmışdır. O, dairə seçki komissiyalarının üzvlərini seçilmələri münasibətilə təbrik etmiş və bildirmişdir ki, Mərkəzi Seçki Komissiyası indiyədək dairə seçki komissiyaları üzvlərinin hüquqi biliklərinin artırılması və təlimatlandırılması məqsədilə ölkənin 7 bölgəsində seminarlar təşkil etmişdir. MSK sədri belə bir tədbirin avqustun 22-də Naxçıvan şəhərində keçiriləcəyini də diqqətə çatdırmışdır.

Daha sonra M.Pənahov növbəti prezident seçkilərinin ölkəmizin ictimai –siyasi həyatında mühüm tarixi hadisə olduğunu və bu tarixi şəraitdə dairə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşdüyünü söyləmişdir. Açıq və ədalətli seçkilərin keçirilməsi üçün ictimai - siyasi sabitliyin mühüm faktor olduğunu nəzərə çatdıran MSK sədri qeyd etmişdir ki, artıq hazırkı iqtidarın səyləri nəticəsində ölkədə belə sabitlik yaradılmış, çoxpartiyalı sistem təşəkkül tarmış, kütləvi informasiya vasitələri üzərindən senzura götürülmüş, bir sözlə demokratik şərait bərqərar olmuşdur. Bütün bunlar həhn hazırki iqtidara minnətdarlıq edən natiq ölkə parlamentinin qəbul etdiyi və dövlət başcısı tərəfindən imzalanaraq qüvvəyə minmiş Azərbaycan Respublikasının Seçki Məcəlləsinin beynəlxalq normalara cavab verdiyini vurğulamışdır. 

MSK sədri prezident seçkilərinin keçirilməsinin əsasən 3 mərhələdən ibarət olduğunu bildirmişdir. Birinci mərhələdə namizədlər irəli sürülür və qeydə alınır, ikinci mərhələdə təşviqat kamraniyası ararılır, həmin mərhələdə isə səsvermə keçirilir. Birinci mərhələnin arxada qaldığını və xeyli iş görüldüyünü deyən natiq artıq ikinci mərhələnin başlandığını söyləmişdir. M.Pənahov dairə seçki komissiyaları və məntəqə seçki komissiyalarının yaradılmasının da böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd etmişdir.

Seminarda Mərkəzi Seəki Komissiyası üzvlərinin məruzələri dinlənilmişdir. Mərkəzi Seçki Komissiyasının üçün Fuad Cavadov seçici siyahılarının tərtib edilməsi, seçicilərin seçki siyahılarına daxil olmalarını təsdiq edən qeydiyyatdanəıxma vəsiqəsi barədə məruzə etmişdir. O, beynəlxalq təcrübədən nümunələr gətirərək seçici siyahılarının tərtibinin Kanada və İngiltərə praktikasına uyğun həyata keçirildiyini qeyd etmişdir. Əvvəllər əsas və əlavə seçici siyahılarının mövcud olduğundan danışan MSK üçün bildirmişdir ki, indi Seçki Məcəlləsinə görə vahid seçici siyahısı var. O, sözügedən mövzu ilə bağlı başqa məsələlərə də toxunmuşdur.

Çıxış edən digər natiq, MSK üçün Azər Tağıyev qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların və siyasi partiya bloklarının seçki dairəsinin ərazisində seçkiqabağı təşviqat fəaliyyətinə bərabər şəraitin yaradılması barədə məruzə ilə əıxış etmişdir. O, seçkiqabağı təşviqatın qaydaları, müddəti barədə ətraflı məlumat vermiş, kütləvi informasiya vasitələrinin təşviqat prosesindəki rolundan sshbət açmışdır. A. Tağıyev din xadimləri üçün təşviqat aparılmasının yolverilməz olduğunu vurğulamış, bu məsələnin Konstitusiyada təsbit edildiyini xatırlatmışdır.
Azər Tağıyevdən sonra MSK üzvü Asif Mahmudov məntəqə seçki komissiyalarının formalaşdırılması, onların fəaliyyətinə nəzarət işinin əlaqələndirilməsi barədə məruzə etmişdir. O, seçki məntəqələrinin yaradılması, təşkili qaydalarından söz açmış, məntəqə seçki komissiyalarının vəzifələri və komissiya üzvlərinin fəaliyyətinin təminatları barədə ətraflı danışmışdır.
Seminarın sonunda MSK üzvləri dairə seçki komissiyaları üzvlərini maraqlandıran suallara ətraflı cavablar vermişlər. 

Tədbirdə KİV nümayəndələri iştirak etmişdir.