Avqustun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Ko-missiyasının növbəti iclası olmuşdur
14 avqust 2003 18:05
Avqustun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Ko-missiyasının növbəti iclası olmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq olunmuş cənab Hafiz Ələmdar oğlunun, cənab Şirin İxtiyar Əlibala oğlunun, cənab Əlizadə Araz Məmməd Mübariz oğlunun, xanım Hacıyeva Lalə-Şövkətin prezidentliyə namizədliklərinin qeydə alınması haqqında məlumat vermişdir. Komissiya Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Hacıyev Hafiz Ələmdar oğlunun, cənab Şirin İxtiyar Əlibala oğlunun, cənab Əlizadə Araz Məmməd Mübariz oğlunun nami-zədliklərini onların müdafiəsi üçün təqdim olunmuş etibarlı seçici imzalarının lazımi saydan az olmasına görə qeydə almamışdır.
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq olunmuş xanım Hacıyeva Lalə-Şövkət könüllü qeydiyyat depozitinin geri qaytarılmaması şərtilə namizədliyinin qeydə alınması barədə müraciət etdiyinə görə Mərkəzi Seçki Komissiyası onun prezidentliyə namizədliyini qeydə almaq haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cənab Rüstəmxanlı Sabir Xudu oğlunun prezidentliyə namizədliyinin qeydə alınmaması barədə səsvermə keçirilməsi haqqında məlumat vermişdir.
Komissiya Sabir Xudu oğlu Rüstəmxanlının prezidentliyə namizədliyinin qeydə alınmamasını səs çoxluğu ilə qərara almışdır.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azər-baycan Respublikası Seçki Məcəlləsinin 19.3-cü maddəsinin tələblərinin bəzi dairə seçki komissiyaları tərəfindən pozulması barədə Mərkəzi Seski Komissiyasına daxil olmuş şikayətlərə baxılmasının nəticələri haqqında məlumat vermişdir. Məsələ hərtərəfli müzakirə olunmuş və əslində heç bir qanun pozuntusu hallarına yol verilmədiyi aşkara çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımovanın 76 saylı Lənkəran- Astara dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məlumatı dinlənilmişdir. Həmin dairə seçki komissiya-sının tərkibində dəyişiklik edilməsinə razılıq verilməsi qərara alınmışdır.
Müsavat Paritiyası tərəfindən Mərkəzi Seçki Komissiyasında məşvə-rətçi səs hüquqlu üzv təyin edilmiş İsmayılov İlham Köçəri oğlunun təsdiq edilməsi haqqında komissiyanın katibi Vidadi Mahmudovun məlumatı dinlənildikdən sonra İsmayılov İlham Köçəri oğlunun məşvərətçi səs hüquqlu üzv təsdiq edilməsi qərarlaşdırılmışdır.
Seçki Komissiyasının katibi İnqilab Nəsirov Komissiyaya daxil olmuş müraciətlərə baxılması haqqında məlumatla çıxış etmişdir. Komissiya həmin müraciətlərin Azərbaycan Respublikası Baş Prokurorluğunda araş-dırılan sənədlərə əlavə kimi göndərilməsini qərara almışdır.
İclasın sonunda cari məsələlər müzakirə olunmuşdur.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəliyinin, ABŞ, Türkiyə, Yaponiya səfirliklərinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya va-sitələrinin nümayəndələri iştirak etmişlər.