Avqustun 8-də cənab Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
Avqustun 8-də cənab Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Məzahir Pənahov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli , 13 iyul 2003-cü il tarixli və 14 iyul 2003-cü il tarixli iclas protokollarının təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya həmin iclas protokollarının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.
Sonra cündəliyin digər məsələlrinə baxılmışdır. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova "Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar dairə seçki komissiyalarının üzvləri üçün zona seminarlarının keçirilməsi Gündəliyi”nin təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya bu Gündəliyin təsdiq olunması barədə qərar qəbul etmişdir.Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilmiş cənab İsmayılov İlyas Abbas oğlunun, Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov isə cənab Əliyev Yunus İsaxan oğlunun prezidentliyə namizədliklərinin qeydə alınması haqqında məlumat vermişlər. Komissiya İsmayılov İlyas Abbas oğlunun və Əliyev Yunus İsaxan oğlunun Azərbaycan Respublikası prezidentliyinə namizədliklərinin qeydə alınması barədə qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev "Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı seçkiqabağı təşviqatın aparılması ilə bağlı Azərbaycan Respublikası Seçgi Məcəlləsinin bəzi müddəalarının tətbiqi və prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiya bloklarına Dövlət Teleradio Şirkətinin kanallarında efir vaxtını verilməsi dövri mətbuat səhifələrində seçkiqabağı təşviqat materiallarının dərc edilməsi qaydaları haqqında Təlimat”ın, Mərkəzi Seçki Komissiyasının katibi İNqilab Nəsirov isə "Məntəqə seçki komissiyalarının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə iclas iştirakçılarına məlumat vermişlər. Komissiya hər iki təlimatın təsdiq olunmasını qərara almışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov "Mərkəzi Seçki Komissiyası katibliyinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya katibliyin Əsasnaməsini verilmiş təkliflər nəzərə alınmaqla təsdiq etmişdir.
İclasda Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımovanın, Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun və Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudovun bəzi seçki komissiyalarının tərkibində dəyişikliklər edlilməsi barədə məlumaitları dinlənilmişdir. Komissiya bununla əlaqədar müvafiq qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov səsvermənin nəticələri haqqında dairə və məntəqə seçki komissiyalarının prtokol nümunələrinin təsdiq edilməsi haqqında məlumatı dimnlənildikdən sonra həmin protokol nümunələrinin təsdiq olunmasını qərarlaşdırmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov azadlıqdan məhrumetmə yerlərində təqsirli bilinən, məhkum olunan şəxslərin səsverməsi üçün xüsusi vəsiqə formasının təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya həmin vəsiqə formasının təsdiq olunmasını qərara almışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması haqqında məlumatı müzakirə olunmuş və sənədlərin araşdılaraq müvafiq tədbirlər görülməsindən ötrü Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsini qərara alınmışdır.
Azərbaycan Respublikası Prezidentliyinə qeydə alınmış namizədlərin təhlükəsizliyinin təmin edilməsi haqqında məsələ komissiyanın qərarı ilə növbəti iclasa keçirilmişdir.
İclasın sonunda cari məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin, ABŞ-ın Milli Demokratiya İnstitutunun, Avropa Şurası Baş katibinin Bakı ofisinin, ABŞ səfirliyinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.