İyulun 1-də Piter Semnebinin rəhbərlik etdiyi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
01 iyul 2010 17:52
Mərkəzi Seçki Komissiyasının sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə etmiş və ölkəmizin, o cümlədən MSK-nın bu qurumla əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir.
Mərkəzi Seçki Komissiyasında keçirdiyi səmərəli görüşləri yaxşı xatırladığını bildirən P. Semnebi qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə və qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə etmişdir.
O, Azərbaycanın gənc demokratik dövlət olduğunu vurğulayaraq, Avropa İttifaqının bu inkişafın davam etdirilməsinə yardım etməyə hazır olduğunu bildirmişdir.
Qonaqlar Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn seçkilərə hazırlıqla bağlı həyata keçirdiyi tədbirlərlə maraqlanmışlar.
Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı nümayəndə heyətinə məlumat vermiş və seçkilərin ölkənin seçki qanunvericiliyinə,
Sədr Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı nümayəndə heyətinə məlumat vermiş və seçkilərin ölkənin seçki qanunvericiliyinə,
Avropada formalaşmış standartlara uyğun keçiriləcəyini bildirmişdir.
Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa İttifaqı arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.