İyulun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
23 iyul 2010 17:39
Əvvəlcə Komissiyanın 2 iyun və 9 iyun 2010-cu il tarixli iclaslarının protokolları təsdiqlənmişdir.
Sonra "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyalarına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması qaydaları”nın və "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat aparılması qaydaları haqqında təlimat”ın təsdiq edilməsi haqqında qərar çıxarılmış, bəzi normativ xarakterli aktlara əlavə və dəyişikliklər edilmişdir.
Mərkəzi Seçki Komissiyası 13 saylı Xəzər birinci, 70 saylı Masallı şəhər və 73 saylı Lənkəran şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Böyük Britaniya səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.