İyulun 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
25 iyul 2003 17:32
İyulun 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Məzahir Pənahov Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 02 iyul 2003-cü il tarixli,04 iyul 2003-cü il tarixli və 06 iyul 2003-cü il tarixli iclas Protokollarının təsdiq edilməsi məsələsini müzakirəyə çıxarmışdır. Həmin sənədlər komissiya üzvlərinin təklifləri nəzərə alınmaqla təsdiq olunmuşdur. Məzahir Pənahov daha sonra, Mərkəzi Seçki Komissiyasının nəzdində Mətbuat qrupunun tərkibinin formalaşdırılması haqqında iclas iştirakçılarına məlumat vermişdir. Mərkəzi Seçki Komissiyasında bitərəflərin nümayəndəsi İnqilab Nəsirov Mətbuat qrupunun tərkibinin ANS Müstəqil Yayım və Media Şirkəti , "Olaylar” Agentliyi və "525-ci qəzet” təmsilçilərindən, müxalifətin nümayəndəsi Vidadi Mahmudov SPACE teleşirkəti, "Yeni Müsavat” qəzeti və "Turan” Agentliyi təmsilçilərindən, Yeni Azərbaycan nümayəndəsi Svetlana Qasımova Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti və "Azərbaycan” qəzeti təmsilçilərindən formalaşdırılması təklifini irəli sürmüşlər. Təklif yekdilliklə qəbul edilmişdir. Mətbuat qrununda Mərkəzi Seçki Komissiyası tərəfdən komissiya üzvləri Azər Tağıyev, Fuad Cavadov, Asəf Əliyev və Mətbuat Xidmətinin rəhbəri Arif Hüseynov təmsil olunacaqlar.
İclasda Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımovanın "Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıqla əlaqədar 2003-gü il iyulun 26-da və 28-də keçiriləcək dairə seçki komissiyaları sədrlərinin müşavirəsinin Gündəliyi”nin təsdiq edilməsi haqqında məlumatı dinlənilmişdir. Komissiya gündənliyin təsdiq olunmasını qərara almışdır. Daha sonra Svetlana Qasımova Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə 42 saylı Sumqayıt ikinci, 118 saylı Ağdam şəhər və 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə 42 saylı Sumqayıt seçki dairəsi dairə seçki Komissiyasının üzvü Qoşqar Cahan oğlu Əsgərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, Rəhman Əşrəf oğlu Qədirovun 118 saylı Ağdam şəhər, Qəmbər İsgəndər oğlu Həsənovun 119 saylı Ağdam kənd seçki dairəsi dairə seçki komissiyalarının üzvü təyin etməsini qərara almışdır.
Komissiya Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxaraq Vətəndaş Həmrəyliyi Partiyasına əlavə imza vərəqələri verilməsini qərarlaşdırmışdır.
İclasda Hüseyn Məmməd oğlu Paşayev Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvü və Şaitdin Sərdar oğlu Əliyev Azərbaycan Respublikasının bütün ərazisində Yeni Azərbaycan Partiyası tərəfindən müşahidə aparmaq üçün müşahidəçi təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Vidadi Mahmudovun "Könüllü qeydiyyat depozitinin köçürülməsi və qaytarılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə məlumatı dinlənildikdən və müzakirə edildikdən sonra verilən təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olunmuşdur
İclasda Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyevin "Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı seçkiqabağı təşviqatın aparılması ilə bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin bəzi müddəalarının tətbiqi və prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların bloklarına Azərbaycan Dövlət Teleradio Şirkətinin kanallarında efir vaxtının verilməsi və dövri mətbuat səhifələrində seçkiqabağı təşviqat materiallarının dərc edilməsi qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi haqqında məlumatı dinlənilmişdir. Sənədin müzakirəsinin növbəti iclasların birində davam etdirilməsi qərara alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.