Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş" kitabçası işıq üzü görmüşdür.

09 dekabr 2009 17:23

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müşahidəçilər üçün hazırladığı "Müşahidəçilər üçün yaddaş” kitabçası işıq üzü görmüşdür.

Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunmuş, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilmişdir. Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir. Y

addaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.

Xatırladaq ki, "Müşahidəçilər üçün yaddaş” kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.