Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında İyulun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
15 iyul 2003 17:16
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında İyulun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Sosial-demokrat Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Əlizadə Araz Məmməd Mübariz oğlunun prezidentliyə namizədliyinin təsdiq olunması haqqında məlumat vermişdir. O, eyni zamanda sənədlərin Seçki Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirildiyini bildirmişdir. Komissiya cənab Əlizadə Araz Məmməd Mübariz oğlunun prezidentliyə namizədliyini təsdiq etməyi qərara almışdır. Komissiya daha sonra Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirovun "Dairə və məntəqə seçki komissiyalarının seçici siyahısı ilə iş qaydaları qaydaları haqqında Təlimat”ın , "Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təyin etdikləri müşahidəçilərin iş fəaliyyətinin qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə məlumatını dinləmişdir.Həmin sənədlər Komissiya üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla əsas kimi təsdiq olunmuşdur. Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov "Dairə və məntəqə seçki komissiyalarında katiblərin seçkilərinə dair İzah”ın təsdiq edilməsi haqqında " məlumat vermişdir. Komissiya bu sənədi də rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul etməyi qərarlaşdırmışdır. İclasın sonunda cari məsələlərin müzakirəsi keçirilmişdir. İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Bakı Ofisinin, ABŞ səfirliyinin təmsilçiləri , xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.