Dekabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
14 dekabr 2005 17:17
Dekabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəticələri etibarsız hesab olunmuş 10 seçki dairəsində təkrar seçkilərin təyin olunması barədə 9 dekabr 2005-ci ildə Sərəncam imzaladığlını diqqətə çatdırmışdır. Sonra o, gündəlikdəki birinci məsələ - Mərkəzi Seçki Komissiyasınınљ 18 oktyabr, 19 oktyabr, 23 oktyabr, 24 oktyabr, 26 oktyabr, 29 oktyabr, 1 noyabr, 4 noyabr, 6 noyabr, 8 noyabr, 9 noyabr və 10 noyabr 2005-ci il tarixli iclaslarının protokollarının təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya həmin iclasların protokollarını təsdiqləmişdir.
MSK–nın katibi Natiq Məmmədov üçüncü çağırış Azəarbaycan Respublikasının Milli Məclisinə 9 saylı Biniəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci(Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt – Abşeron, 69 saylı Cəlalabad- Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala və 119 sağlı Ağdam kənd seçki dairələrində təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının layihəsini Mərkəzi Seçki Komissiyasının müzakirəsinə təqdim etmişdir. Komissiya Təqvim Planı layihəsinin əsas kimi təsdiqlənməsi haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.