Noyabrın 26 –da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
26 noyabr 2009 17:15
Noyabrın 26 –da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda ATƏT- in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
İclasda bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən 4-nün təmin olunması barədə qərar qəbul olunmuş, 4-nin isə əsassız hesab edilərək təmin olunmaması barədə qərar çıxarılmışdır.
Digər müraciətlərin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilmişdir.
İclasda ATƏT- in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.