Noyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
10 noyabr 2005 17:13
Noyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın katibi Natiq Məmmədov 4 saylı Naxçıvan şəhər, 11 saylı Qaradağ, 14 saylı Əzizbəyov ikinci, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd və 99 saylı Şəmkir kənd seçki dairələrində seçkilərin nəticələrinə dair məsələ barədə məruzə etmiş və araşdırmaların nəticələri haqqında məlumat vermişdir.
MSK 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 2 saylı seçki məntəqəsi, 11 saylı Qaradağ seçki dairəsinin 2, 17 və 26 saylı seçki məntəqələri, 14 saylı Əzizbəyov ikinci seçki dairəsinin 5 və 12 saylı seçki məntəqələri, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 3, 13, 15 və 26 saylı seçki məntəqələri, 74 saylı Lənkəran kənd seçki dairəsinin 1, 2, 5, 7, 10, 20, 21 və 27 saylı seçki məntəqələri və 99 saylı Şəmkir kənd seçki dairəsinin 1 və 24 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolllarda yol verilməz düzəlişlər edildiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi haqqında qərarlar çıxarmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ABŞ səfirliyinin və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.