Noyabrın 21 –də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
İclasda 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərdən birinin yenidən baxılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilmişdir.
Digər müraciətlərin isə araşdırma müddətinin uzadılması barədə qərar çıxarılmışdır.
Komissiyanın sədri bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınmasına dair son vəziyyət barədə məlumat verərək bildirmişdir ki, noyabrın 21-nə olan məlumata görə, 31 774 nəfərin namizədliyi qeydə alınmışdır.
Namizədlikəri qeydə alınan şəxslərdən 11 368 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiyanın irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ), Milli Demokratiya İnstitutunun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.