İyulun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur
12 iyul 2003 17:07
İyulun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov "Seçicilərin seçki siyahılarına daxil olmalarını təsdiqləyən seçici vəsiqələrinin hazırlanması və verilməsi qaydaları haqqında İzah”ın, Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov " Dairə və məntəqə seçki komissiyalarının birinci iclaslarının keçirilməsi qaydaları haqqında Təlimat”ın, "Seçki bülletenləri və zərflərin hazırlanması, dairə və məntəqə seçki komissiyalarına verilməsi qaydaları haqqında Təlimat”ın, "Seçicilərin vaxtından əvvəl səsvermə qaydaları haqqında İzah”ın, "Səsvermə üçün qeydiyyatdançıxma vəsiqəsinin verilməsi qaydası haqqında Təlimat”ın, "Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının dövlət bayrağı aldtında üzən gəmilərdə, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektiorunda yerləşən neft platformalarında, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində, azadlıqdan məhrumetmə yerlərində, istintaq təcridxanalarında seçkilərin təşkili haqqında Təlimat”ın təsdiq edilməsi barədə məlumat vermişlər. Bu sənədlər komissiya üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla əsas kimi qəbul olunmuşdur.
Komissiya Vəhdət Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Kərimli Tahir Zayidağa oğlunun prezidentliyə namizədliyini təsdiq etmişdir.
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş Namazov Eldar Sagif oğlunun sənədləri Seçkilər Məcəlləsinin tələblərinə riayət edilməməklə Mərkəzi Seçki Komissiyasına təqdim edildiyinə görə onun prezidentliyə namizədliyi təsdiq olunmamışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ABŞ səfirliyinin, Avropa Şurası Baş katibinin Azərbaycandakı şəxsi nümayəndəliyinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.