İyulun 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdu
06 iyul 2003 17:04
İyulun 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya Vahid Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş cənab Sadıxov Çingiz Dəmir oğlunun namizədliyinin təsdiq olunması məsələsinə baxmışdır.Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov təqdim olunmuş sənədlərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun hazırlandığı barədə məlumat vermişdir.Komissiya bunu əsas tutaraq Sadıxov Çingiz Dəmir oğlunun Azərbaycan Respublikası prezidentliyinə namizədliyini təsdiq etməyi qərara almışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş cənab Ağayev Rufat Ağa baba oğlunun təqdim etdiyi sənədlərdə qanun tələblərinin pozulduğu barədə komissiya üzvlərinə məlumat vermişdir. Komissiya Ağayev Rufat Ağa baba oğlunun prezidentliyə namizədliyini təsdiq etməmişdir.
İclasda Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılması haqqında komissiya üzvü İlham Məmmədovun məlumatı dinlənilmişdir. Həmin müraciətlərlə əlaqədar məsələlərin dərindən araşdırılması və müvafiq tədbir görülməsi üçün sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
Komissiya Azərbaycan Respublikasında seçkilər( referendum) üzrə dairə və məntəqə seçki komissiyalarının möhürlərinin qrafik təsviri və mətnlərini təsdiqləmişdir.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun , xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.