Noyabrın 3 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
03 noyabr 2009 17:05
Noyabrın 3 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 27 oktyabr 2009-cu il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Müsavat və Liberal – Demokrat partiyalarının səlahiyyətli nümayəndələrinin təsdiq olunması barədə qərar qəbul etmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.