2024-cü il dekabrın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il dekabrın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 dekabr 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərini əsas götürərək, 1 saylı Şərur – Sədərək, 3 saylı Babək – Şahbuz – Kəngərli, 7 saylı Səbail, 8 saylı Binəqədi birinci, 16 saylı Yasamal ikinci, 20 saylı Nərimanov ikinci, 46 saylı Sumqayıt beşinci, 47 saylı Sumqayıt – Abşeron – Qaradağ, 51 saylı Şirvan, 56 saylı Şabran – Xaçmaz, 66 saylı Saatlı, 68 saylı Sabirabad – Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 86 saylı Ağcabədi, 95 saylı Zərdab – Kürdəmir – Ucar, 112 saylı Zaqatala və 116 saylı Qəbələ seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edib.
Media subyektləri nümayəndələrinin də iştirak etdiyi iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə məlumat verilib, namizədlərin irəli sürülməsi, qeydə alınması və müşahidəçilərin akkreditasiyası ilə bağlı statistik göstəricilər elan olunub və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi