Sentyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası
30 sentyabr 2009 16:59
Sentyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 24 avqust tarixli iclas protokolunun təsdiq olunması məsələsinə baxılmışdır. Mərkəzi Seçki Komissiyasının sədri bildirmişdir ki, bu iclasda Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılımış kursların keçirilməsi haqqında qərar qəbul olunmuşdu. Bu qərara uyğun olaraq öncə dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında bu təhsil ocağı ilə birgə kurslar keçirilmiş, sonra isə DSK-ların üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün belə kurslar təşkil edilmişdi. Bu kursların aşağı seçki komissiyalarının peşəkarlıq səviyyəsinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayan sədr dövlət başçısına təşəkkürünü bildirmişdir. O, eyni zamanda kursların təşkilində əməyi olan şəxslərə də minnətdarlıq etmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının 24 avqustda keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Bəzi seçki dairələrinin adlarında dəyişiklik edilməsi və mövcud seçki dairələrinə aid müvafiq məlumatların təsdiq olunmasına dair məsələ barədə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova məlumat verərək qeyd etmişdir ki, bəzi bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələr yaradılmışdır. Bununla əlaqədar bir sıra seçki dairələrinin və bələdiyyələrin adlarının, habelə dislokasiyalarının dəyişdirilməsi zərurəti yaranmışdır. Seçki Məcəlləsinin tələblərinə əsasən seçki dairələrinin yaradılması barədə tələblər yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə alınmalıdır.
Komissiya qərara almışdır ki, 3 saylı Babək - Kəngərli seçki dairəsi müvafiq olaraq 3 saylı Babək - Kəngərli - Naxçıvan seçki dairəsi, 78 saylı Lerik-Lənkəran seçki dairəsi isə 78 saylı Lerik seçki dairəsi adlandırılsın. Eyni zamanda, respublika üzrə mövcudseçki dairələrinə aid müvafiq məlumatların təsdiq edilərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilməklə və digər qanunauyğun vasitələrlə ictimailəşdirilməsi barədə qərar qəbul olunmuşdur.
MSK bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT-in Bakı ofisinin, ABŞ və Böyük Britaniya səfirliklərinin, Beynəlxalq Respublikaçılar İnstitutunun(ABŞ), Milli Dermokratiya İnstitutunun (ABŞ), Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.