2024-cü il dekabrın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il dekabrın 9-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2 dekabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair məsələyə baxılıb. Komissiya seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, seçicilər üçün maksimum əlverişli şəraitin təmin edilməsinin zəruriliyini, habelə yerli və digər şəraiti də nəzərə almaqla, 1 saylı Şərur – Sədərək və 68 saylı Sabirabad – Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkilinə qərar verib.
İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi