2024-cü il dekabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

02 dekabr 2024 18:00

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il dekabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın 26 noyabr və 27 noyabr 2024-cü il tarixli iclas protokolları təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıq istiqamətində proseslərin gedişi barədə məlumat verilib və cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi