Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
05 oktyabr 2005 16:57
Oktyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov Milli Məclisə seçkilərdə iştirak etmək hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin səsvermə üçün istifadə etdikləri şəxsiyyətlərini təsdiq edən sənədlərin Siyahısı”n ın təsdiqinə dair məsələ barədə məlumat vermişdir. MSK bu Siyahının təsdiq olunması haqqında qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının digər katibi Vidadi Mahmudov isə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirildiyi yer və onun vaxtı barədə seçiciləri məlumatlandırmaq məqsədi ilə bildirişlərin seçicilərə paylanması(çatdırılması) haqqında Qaydalar”ın layihəsi barədə məlumat vermişdir. MSK bu sənədin də təsdiq olunmasını qərara almışdır.
Sonra "Dairə seçki komissiyasının Katibliyi haqqında Əsasnamə” və "Səsvermə günü məntəqə seçki komissiyalarının iş qaydası haqqında Təlimat” təsdiq edilmişdir.
Komissiya bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında da qərarlar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının daxil olan müraciətlər də müzakirəyə çıxarılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.