Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ aktlardan ibarət daha iki toplusu işıq üzü görmüşdür.
28 sentyabr 2009 16:56
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ aktlardan ibarət daha iki toplusu işıq üzü görmüşdür.
Toplulardan birində bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı normativ xarakterli aktlar toplanmış, digərində isə ümumilikdə seçkilərə (referenduma) aid müxtəlif təlimatlar, qayda və izahlar yer almışdır. Hazırda həmin toplular Mərkəzi Seçki Komissiyası tərəfindən aşağı seçki komissiyalarına çatdırılır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası ümumilikdə 19 normativ xarakterli aktın təsdiq olunması ilə bağlı qərar qəbul etmiş və həmin sənədlər qurumun rəsmi internet səhifələri (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) vasitəsilə ictimailəşdirilmişdir.