2024-cü il sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 11-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10 sentyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün şəffaf, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Maraqlı subyektlərin də bilavasitə iştirakı ilə Komissiya üzvlərinin müzakirəsindən sonra 78 saylı Lənkəran kənd seçki dairəsinin 29 və 32 saylı seçki məntəqələri, eləcə də 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin 2, 14 və 20 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub.
Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar daxil olan müraciətlərin və müxtəlif mənbələrdən əldə edilən məlumatların tam şəffaf, qərəzsiz və təfsilatı ilə diqqətlə araşdırılması istiqamətindəki qərarlılığını bir daha bəyan edib.
Media mənsubları tərəfindən operativ işıqlandırılan iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi