Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
29 sentyabr 2005 16:56
Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə 2005-ci il noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Azadlıq” siyasi partiyalar blokunun embleminin təsdiq edilməsi məsələsinə baxılmışdır. Komissiya həmin blokun emblemini təsdiq etmişdir.
Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılmışdır. MSK 29 saylı Səbail, 46 saylı Əli Bayramlı, 69 saylı Cəlilabad- Masallı-Biləsuvar və 86 saylı İsmayıllı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması ilə bağlı qərarlar qəbul etmişdir.
İclasda bəzi seçki dairələrinin hüdudlarında dəqiqləşdirilmələr aparılması haqqında da qərar qəbul olunmuşdur.
Komissiyaya daxil olmuş müraciətlər müzakirəyə çıxarılmış, müraciətlərdən 16-sı ilkin arşdırma aparılması və Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilmişdir. Müraciətlərdən 3-nün isə Daxili İşlər Naziriliyinə göndərilməsi barədə qərar qəbul edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertləri, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.