2024-cü il avqustun 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

12 avqust 2024 21:40

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il avqustun 12-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə öz xarici partnyorları ilə birgə “exit-poll” keçirmək niyyəti ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətlərə baxılıb. Komissiya üzvləri və iclas iştirakçıları bu barədə ətraflı məlumatlandırıldıqdan və aparılan geniş müzakirələrdən sonra sözügedən qurumların müraciətlərinin təmin edilməsinə, Milli Məclisə seçkilərdə "exit-poll” keçirmək üçün qeydə alınmalarına qərar verilib.

İclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılıb. Beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin bilavasitə iştirakı ilə Komissiya üzvlərinin geniş müzakirəsi nəticəsində, vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda, həmçinin cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi