Sentyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
14 sentyabr 2005 16:52
Sentyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılmışdır.
Müracitlərdən biri araşdırılmaq üçün Bakı şəhər Baş Polis İdarəsinə, on biri isə isə araşdırılb MSK-ya məlumat verilməsi üçün müvafiq seçki dairələrinin seçki komissiyalarına göndərilmişdir.
Sonra Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov bəzi seçki dairələrinin hüdudlarında dəqiqləşdirilmə aparılmasna dair məsələ barədə məlumat vermişdir. Komissiya 14 sayl Əzizbəyov ikinci, 19 saylı Nərimanov birinci, 35 saylı Xətai üçüncü, 37 saylı Nizami birinci(Gəncə), 38 saylı Nizami ikinci(Gəncə) və 40 saylı Kəpəz ikinci seçki dairələrinin hüdudlarında dəyişiklik aparılması haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ATƏT-in təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.