Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Martın 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 9 fevral,11 fevral, 16 fevral, 18 fevral və 24 fevral 2009-cu il tarixli iclas protokolları təsdiq olunmuşdur. Sonra MSK katibi Natiq Məmmədov 2009-cu il martın 18-nə təyin olunmuş referendumda səsvermə prosesində seçki məntəqələrində "web-kamera”lardan istifadə təcrübəsinin tətbiq edilməsi haqqında ilə məsələ barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə prosesində aşkarlığın daha geniş təmin edilməsi məqsədilə seçki (referendum) məntəqələrində veb-kameralardan istifadə edilməsi təcrübəsi tətbiq edilərək Azərbaycan Respublikasının ərazisində 500 seçki (referendum) məntəqəsində veb-kameralar quraşdırılsın. MSK 21 saylı Nəsimi birinci və 93 saylı Bərdə şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Milii Demokratiya İnstitunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.