Sentyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
07 sentyabr 2005 16:42
Sentyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiyanın üzvü Azər Tağıyev "Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə seçkiqabağı təşviqatın aparılması ilə əlaqədar televiziya və radio təşkilatlarının kanallarında efir vaxtının verilməsi və dövri nəşrlərdə seçkiqabağı təşviqat materiallarının dərc edilməsi qaydaları haqqında Təlimat”ın layihəsi barədə məlumat vermişdir. MSK sözügedən Təlimatın layihəsini təsdiq etmişdir.
Sonra MSK katibləri Natiq Məmmədov və Vidadi Mahmudov MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası həmin müraciətlər haqqında müvafiq qərarlar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda Milli Məclisə seçkilərlə əlaqədar bildiriş nümunəsinin təsdiqi haqqında qərar qəbul olunmuşdur.
Komissiyanın iclasında cari məsələlər də müzakirə edilmişdir.
MSK-nın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.