2023-cü il dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə dekabrın
26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə
Komissiyanın 21 dekabr və 23 dekabr 2023-cü il tarixli iclaslarının protokolları
təsdiq olunub.
Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş
növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərin
irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb. Namizədlikləri özləri
tərəfindən irəli sürülmüş Sərvan İdris oğlu Kərimovun, Mətləb Əzizulla oğlu
Mütəllimlinin, Abutalıb Qənbər oğlu Səmədovun, Fikrət Hüseyn oğlu Yusifovun,
Yusif Qəzənfər oğlu Bağırzadənin, Arzuman Səid oğlu Abdulkərimovun, Yunus
İsaxan oğlu Oğuzun və Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin irəli
sürülməsi təsdiq edilib.
Komissiya öz təşəbbüsləri ilə namizədliklərinin
irəli sürülməsi təsdiq olunanlardan səlahiyyətli nümayəndələr təqdim edənlərin
müraciətlərinin təmin olunmasına qərar verib.
Xarici ölkə səfirliyinin və media qurumlarının
nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə
seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə
baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi