2023-cü il oktyabrın 20-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il oktyabrın
20-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
İclasda bəzi seçki dairələri üzrə dairə
seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb.
Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 24 saylı Nizami birinci,
25 saylı Nizami ikinci, 27 saylı Sabunçu ikinci, 29 saylı Sabunçu dördüncü, 35
saylı Xətai üçüncü və 50 saylı Abşeron üçüncü seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər olunub.
Media nümayəndələrinin iştirak etdiyi
iclasda, həmçinin cari məsələlərə baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media
və kommunikasiya şöbəsi