Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Özbəkistanda keçiriləcək referendumu müşahidə edəcək
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti Özbəkistan Respublikasına səfərə yola düşüb.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən gerçəkləşdirilən səfərin məqsədi "Özbəkistan
Respublikasının Konstitusiyası haqqında” Konstitusiya Qanunu layihəsi üzrə 2023-cü il aprelin
30-da keçiriləcək
referendumu müşahidə etməkdir.
Səfər çərçivəsində sədr Məzahir Pənahovun Özbəkistanlı
həmkarı ilə yanaşı, digər rəsmi şəxslər, habelə referendumun müşahidəsinə
qatılan təşkilatlarvə xarici ölkələrin
ali seçki qurumlarının rəhbərləri ilə görüşlər keçirməsi, seçkilərə əlaqədar müxtəlif
istiqamətlərdə əlaqələrin inkişaf perspektivləri, əməkdaşlıq imkanları və
qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparılması nəzərdə
tutulur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının təmsilçiləri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin tərkibində də Özbəkistanda referendumun müşahidəsində iştirak edirlər.
Mərkəzi Seçki Komissiyasının
nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki
məntəqələrində müşahidə aparacaqlar.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media
və kommunikasiya şöbəsi