2022-ci il avqustun 16-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

16 avqust 2022 17:48

Məzahir Pənahovun sədrliyi ilə 2022-ci il avqustun 16-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Əvvəlcə Komissiyanın 4 avqust 2022-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq olunması məsələsi müzakirə edilib. Bildirilib ki, Katibliyin fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədilə Komissiyanın 2022-ci il 4 avqust tarixli Qərarı ilə "Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklər edildiyi üçün mövcud strukturun təkmilləşdirilərək yenidən təsdiq edilməsinə zərurət yaranıb. Qeyd olunanları əsas götürən Mərkəzi Seçki Komissiyası Katibliyin strukturu və ştat vahidlərinin yenidən təsdiq edilməsinə qərar verib.


Media tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi