2020-ci il fevralın 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Fevralın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK)
növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 10
fevral 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
əlaqədar maraqlı subyektlərin və ərizəçilərin də iştirakı ilə MSK-ya daxil olan
müraciətlərə baxılıb. Komissiya apardığı geniş, hərtərəfli və şəffaf araşdırma
prosesi istiqamətindəki qəti mövqeyinə sadiq qalaraq, təqdim olunan əlavə
görüntüləri birbaşa iclasın gedişində nümayiş etdirib və aparılan müzakirələrin
ardınca seçki qanunvericiliyinin tələblərinə uyğun qərarlar qəbul edib.
Qeyd
etmək lazımdır ki, sosial şəbəkələr də daxil olmaqla müxtəlif mənbələrdən olan
məlumatların araşdırılması və müraciətlərə baxılması nəticəsində seçicilərin
iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən hallar və digər qanunazidd
hərəkətlər nəzərə alınaraq, 30 saylı Suraxanı birinci seçki dairəsinin 1, 12,
14, 16 və 18, 47 saylı Mingəçevir seçki dairəsinin 9, 17 və 21, habelə 90 saylı
Ağdaş seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələri üzrə səsvermənin
nəticələri ləğv olunub.
Beynəlxalq
müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi