2020-ci il fevralın 18-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 18-də
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
İclasda
2020-ci il fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb. Seçki Məcəlləsində nəzərdə
tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, maraqlı subyektlərin
və ərizəçilərin də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq
qərarlar verilib. Komissiya müxtəlif mənbələrdən əldə olunan məlumatlar
əsasında Milli Məclisə seçkilər keçirilən 16 seçki məntəqəsində - 123 saylı
Kəlbəcər seçki dairəsinin 16, 79 saylı İmişli seçki dairəsinin 14, 16, 21, 23
və 25, 32 saylı Suraxanı üçüncü seçki dairəsinin 4, 8 və 9, 9 saylı Binəqədi
ikinci seçki dairəsinin 31 və 35, habelə 29 saylı Səbail seçki dairəsinin 1, 5,
9, 11, 17 və 25 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyənləşdirilməsinin
qeyri-mümkünlüyünü və seçki qanunvericiliyinin tələblərinə zidd olan digər
halları nəzərə alaraq, sözügedən seçki məntəqələri üzrə səsvermənin
nəticələrini ləğv edib.
Milli
Məclisə seçkilərin izlənməsinə qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari
məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi