2020-ci il fevralın 13-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə fevralın 13-də
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 31
yanvar və 1 fevral 2020-ci il tarixli iclaslarının protokolları təsdiq olunub.
Sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki
Müşahidə Missiyasının 9 fevral Milli Məclisə seçkilərdə qurumun tərkibində
təmsil olunan beynəlxalq müşahidəçinin akkreditasiyasının ləğvi ilə bağlı
MSK-ya ünvanladığı müraciətə baxılıb, müraciət təmin edilərək beynəlxalq
müşahidəçinin akkreditasiyası ləğv olunub və ona verilən lövhəcik etibarsız
hesab edilib.
İclasda
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə
əlaqədar müxtəlif mənbələrdən – sosial şəbəkələr, seçicilər tərəfindən MSK-ya
ünvanlanan müraciətlər və qaynar xəttə daxil olan məlumatların araşdırılmasının
nəticəsi olaraq 80 saylı İmişli-Beyləqan, 35 saylı Xətai üçüncü, 74 saylı
Lənkəran kənd və 33 saylı Xətai birinci seçki dairələri üzrə Milli Məclisə
seçkilər etibarsız sayılıb. Daxil olmuş digər müraciətlər də Komissiyanın
iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Beynəlxalq
müşahidə missiyaları və kütləvi informasiya informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi