2020-ci il fevralın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
07 fevral 2020 23:49
Məzahir
Pənahovun sədrliyi ilə fevralın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti
iclası keçirilib. Əvvəlcə Komissiyanın 29 yanvar və 30 yanvar 2020-ci
ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin
edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə
alınması məsələsinə baxılıb və sözügedən siyasi partiya tərəfindən təqdim
olunan şəxslər səlahiyətli nümayəndələr kimi qeydə alınıb.
İclasda
daha sonra Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə
baxılıb. Müraciətlərlə bağlı aparılan geniş müzakirələrdən sonra bir namizədin qeydə
alınmasına dair müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilərək,
namizədə verilmiş vəsiqə etibarsız hesab olunub.
Beynəlxalq
müşahidə missiyalarının, xarici qurumların və kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda seçkilərlə bağlı cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi