2020-ci il yanvarın 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
31 yanvar 2020 23:36
Yanvarın
31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti
iclası keçirilib.
İclasda 2020-ci il fevralın 9-na təyin
edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil
olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa
çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə geniş müzakirə edilərək
müvafiq qərarlar qəbul olunub. Komissiya Milli Məclisə seçkilərdə seçkiqabağı
təşviqatın aparılmasına dair qanunvericiliyin tələblərinə əməl etməyərək ciddi pozuntulara
yol verən bir sıra seçki subyektlərinə xəbərdarlıq edib.
Beynəlxalq müşahidə missiyaları və kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda Milli Məclisə
seçkilərə hazırlıq istiqamətində müxtəlif məsələlərə dair statistik
göstəricilər diqqətə çatdırılıb, həmçinin cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi