2020-ci il yanvarın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Yanvarın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 19 yanvar 2020-ci ildə
keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərdə "exit-poll” keçirilməsi niyyəti ilə "Rəy Monitorinq
Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti və "İnsan Hüquqları XXI Əsr - Azərbaycan” Fondu (Fransa
Respublikasının "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birlikdə)
tərəfindən MSK-ya ünvanlanan müraciətlərə baxılıb. Komissiya üzvlərinin geniş
müzakirəsindən sonra sözügedən qurumların Milli
Məclisə seçkilərdə "exit-poll” keçirmək üçün qeydə alınmalarına qərar
verilib.
Daha sonra qarşıdan gələn seçkilərlə əlaqədar
Azərbaycan Ümid Partiyası tərəfindən təqdim olunan şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
Komissiyanın iclasında Milli Məclisə 2020-ci
il fevralın 9-da keçiriləcək seçkilərdə təşviqat qaydalarının pozulması iddiası
ilə daxil olan müraciətə də baxılıb və aparılan müzakirələrdən sonra qanunvericiliyin
tələblərinə uyğun, əsaslandırılmış qərar qəbul edilib.
Beynəlxalq müşahidə missiyaları, xarici
qurumlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi
iclasda, həmçinin 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə
baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi