Avqustun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 4 iyul, 5 iyul, 8 iyul, 12 iyul, 21 iyul, 24 iyul və 27 iyul 2005-ci il tarixli iclas protokolları təsdiq edilmişdir
15 avqust 2005 16:35
Avqustun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın 4 iyul, 5 iyul, 8 iyul, 12 iyul, 21 iyul, 24 iyul və 27 iyul 2005-ci il tarixli iclas protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov 2005-ci il noyabrın 6-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar "Birlik” siyasi partiyalar blokunun Mərkəzi Seçki Komissiyasında qeydə alınması məsələsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin siyasi partiyalar blokunun qeydiyyata alınması haqqında qərar çıxarmışdır.
Komissiyanın digər katibi Vidadi Mahmudov isə "Hərbi qulluqçuların Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirakına dair Təlimat”ın layihəsi barədə məlumat vermişdir. MSK bu Təlimatın təsdiqi haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun , ABŞ səfirliyinin təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.