2020-ci il yanvarın 17-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
17 yanvar 2020 21:43
Yanvarın
17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti
iclası keçirilib. Əvvəlcə Komissiyanın 9 yanvar 2020-ci ildə
keçirilmiş iclasının protokolu təsdiq olunub.
Sonra
kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması zamanı
qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək məqsədi ilə MSK
nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib.
İclasda
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə də baxılıb. Seçki prosesinin
iştirakçısı olan maraqlı subyektlərin iştirakı ilə müraciətlər geniş müzakirə edildikdən
sonra qərarlar qəbul olunub. Müraciətlərin müzakirəsi zamanı namizədin qeydə
alınmasından imtina edilməsinə dair bir dairə seçki komissiyasının qərarı ləğv olunaraq,
eləcə də digər dairə seçki komissiyasının hərəkətsizliyi səbəbindən hüququ
pozulan vətəndaşın müraciəti təmin edilərək, namizədlikləri öz təşəbbüsləri ilə
irəli sürülən iki nəfərin Milli Məclisə seçkilərdə namizədliyi MSK tərəfindən qeydə
alınıb.
Milli Məclisə seçkilərin izlənməsinə
qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin
nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi