2019-cu il dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib.
Əvvəlcə
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya
daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha
səmərəli və effektiv təmin olunması məqsədilə tam, hərtərəfli və obyektiv
araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Komissiya
üzvlərinin müzakirəsindən sonra 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki
dairəsi üzrə Ağdaş bələdiyyəsinə seçkilərin etibarsız sayılması qərara alınıb.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
və cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi