2019-cu il dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Dekabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 dekabr 2019-cu il tarixli iclasının
protokolu təsdiq olunub.
Sonra
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərdə Vətəndaş və İnkişaf Partiyası, Vahid Azərbaycan Partiyası
və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə
baxılıb, sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli
nümayəndələr kimi qeydə alınıb.
İclasda,
həmçinin 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar
MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Komissiya vətəndaşların seçki
hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə
qanunla müəyyən olunmuş qaydada və müddətdə operativ şəkildə baxaraq müvafiq
qərarlar qəbul edib.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin və maraqlı subyektlərin iştirak
etdiyi iclasda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri və qarşıdan gələn
9 fevral Milli Məclisə seçkilərlə əlaqədar cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi