Mərkəzi Seçki Komissiyasında Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri ilə görüş keçirilib
Dekabrın 22-də Mərkəzi Seçki Komissiyasının sədri
Məzahir Pənahov ölkəmizdə bələdiyyə seçkilərinin müşahidəsində iştirak edəcək
Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenko ilə görüşüb.
MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq bələdiyyə
seçkiləri ərəfəsindəki görüşdən məmnunluğunu bildirib və hər iki ölkənin ali seçki
qurumları arasındakı əlaqələrdən söhbət açıb. Komissiya sədri rəhbərlik etdiyi
qurumun çoxsaylı müxtəlif ölkələrin ali seçki qurumları ilə əlaqələrinə önəm
verdiyini vurğulayıb.
Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq
Didenko da öz növbəsində həm dəvət, həm də səmimi qəbula görə təşəkkürünü ifadə
edib və bildirib ki, Ukrayna Mərkəzi Seçki Komissiyası yeni tərkibdə ilk
səfərini məhz Azərbaycana edib. Sonra O.Didenko bələdiyyə seçkilərinə son
hazırlıq işlərinin gedişi ilə maraqlanıb. Həmkarının suallarını cavablandıran sədr
M.Pənahov ölkə vətəndaşlarının aktiv və passiv seçki hüquqlarının yüksək
səviyyədə təmin olunması üçün atılan addımlar barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin ali seçki qurumları arasında
əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq kəsb edən məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi