2019-cu ilin dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 20 dekabr 2019-cu il tarixli iclasının
protokolu təsdiq edilib.
Sonra
Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası,
Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının 2020-ci
il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
Komissiya sözügedən partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli
nümayəndələr kimi qeydə alınmasına qərar verib.
İclasda
Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin
edilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə də baxılıb. Müraciət
edənin özünün də iştirakı ilə aparılan müzakirələrdən sonra qanunvericiliyin
tələblərinə uyğun müvafiq qərar qəbul olunub.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin qatıldığı iclasda, həmçinin 23
dekabr bələdiyyə seçkiləri və 2020-ci il fevralın 9-na təyin edilmiş Milli
Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi