2019-cu il dekabrın 20-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Sonra
qarşıdan gələn 23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə günü seçki
məntəqələrində proseslərin əvvəldən axıradək, fasiləsiz və arasıkəsilmədən
izlənilməsi məqsədi ilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika
ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 118 seçki dairəsi üzrə
1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verilib.
İclasda
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərdə bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin
yaradılması ilə bağlı məsələyə də baxılıb. Komissiyanın qərarı ilə seçicilər
üçün maksimum əlverişli şəraitin yaradılmasının zəruriliyi, yerli və digər
şərait nəzərə alınmaqla 120 saylı Cəbrayıl – Qubadlı, 123 saylı Kəlbəcər, 124
saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd və 125 saylı Zəngilan – Qubadlı seçki
dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun
olaraq əlavə seçki məntəqələrinin yaradılması və yeni məntəqə seçki
komissiyalarının qısa müddət ərzində formalaşdırılması müvafiq dairə seçki
komissiyalarına həvalə edilib.
Komissiyanın
iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərdə Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası,
Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və
Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə də baxılıb
və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyətli
nümayəndələr kimi qeydə alınıb.
Kütləvi
informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin
bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər
edilib və cari məsələlərə baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və
ictimai əlaqələr şöbəsi