Bələdiyyə seçkiləri ilə əlaqədar "Polis əməkdaşları üçün yaddaş kitabçası" nəşr edilib
2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası müxtəlif
seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Polis əməkdaşları üçün yaddaş
kitabçası” hazırlayıb. Layihənin həyata
keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd polis əməkdaşlarının
bələdiyyə seçkilərindəki fəaliyyətinin daha da təkmilləşdirilməsindən
ibarətdir.
Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan yaddaş kitabçası
polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub. Nəşrdə polis
əməkdaşlarının seçkiqabağı təşviqat dövrü, səsvermə günü və rəsmi seçki
sənədlərinin daşınması və mühafizə olunması prosesində xidməti vəzifələrini
yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri
barədə ətraflı məlumat verilib.
Yaddaş
kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, "Polis
haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ
xarakterli aktlar əsasında hazırlanıb.
Mərkəzi Seçki Komissiyası
Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi