Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Moldovaya səfər edib
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun
başçılıq etdiyi nümayəndə heyəti 2019-cu il fevralın 24-də Moldova Respublikasında
keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə
yola düşüb.
Moldova
Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən
səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, Moldovalı həmkarı
ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli
əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər
ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd
edək ki, MSK təmsilçiləri həmçinin, Müstəqil Dövlətlər Birliyi İcraiyyə
Komitəsi sədrinin dəvətilə sözügedən təşkilatın tərkibində də seçkilərin
müşahidəsində iştirak edirlər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media
və ictimai əlaqələr şöbəsi