2018-ci il noyabrın 22-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2018-ci il noyabrın
22-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Əvvəlcə Komissiyanın 30 mart və 15 aprel 2018-ci il tarixində
keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər
edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.
İclasda bəzi seçki dairələri dairə seçki
komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə olunub.
Komissiyanın qərarı ilə 2 saylı Şərur, 5 saylı Şahbuz-Babək, 7 saylı
Ordubad-Culfa, 19 saylı Nərimanov birinci, 24 saylı Nizami birinci, 40 saylı
Kəpəz ikinci, 61 saylı Neftçala, 82 saylı Ağcabədi və 122 saylı Xankəndi seçki
dairələri dairə seçki komissiyalarının tərkində dəyişiklik edilib.
Beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edib.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi