Mərkəzi Seçki Komissiyası 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib
Məzahir Pənahovun sədrliyi ilə martın 30-da Mərkəzi
Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 24 mart 2018-ci il tarixli iclasının protokolu
təsdiq edilib.
Sonra
cari ildə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə
əlaqədar seçki günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək,
fasiləsiz və arasıkəsilmədən izlənilməsi məqsədilə, işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə
olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 (min) seçki
məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib.
MSK Azərbaycan
Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası
tərəfindən təqdim olunan vəkil edilmiş şəxsləri də qeydə alıb.
Beynəlxalq
müşahidə missiyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin
iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
Mərkəzi
Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi